14 C
Baku
Friday, November 22, 2024

Uoll-Strit “Nvidia”nın AI çipləri üçün şirkətlərə $11 mlrd. kredit ayırıb

Uoll-Stritin ən böyük maliyyə institutları Amerikanın “Nvidia” şirkətindən süni intellekt (AI) çipləri alan İT şirkətlərinə kredit ayırıb. “Financial Times” (FT) mənbələrə istinadən yazır ki, ümumi borc 11 milyard dollar təşkil edir.

Noyabrın 1-də “Apple”, “Amazon” və “Intel” birjada böyük texnologiya həftəsini başa vurub. Korporativ hesabat həftəsi göstərdi ki, bulud xidmətləri onların biznesinin sütunlarından birinə çevrilib və böyümə mənbəyi olaraq qalır, lakin şirkətlərin ümumi nəticələri investorların gözləntilərindən aşağı olub.

Texnologiya şirkətlərinin səhmlərinin ardınca birja indeksləri də düşməyə başlayıb. “Nasdaq” 2%-dən çox dəyər itirərək 18 130 bəndə düşüb. Texnologiya korporasiyalarının səhmlərinə həmçinin 10 illik xəzinə istiqrazlarının yüksək gəlirliliyi də təsir göstərib.

ABŞ Xəzinədarlığının hesabatına görə, şəxsi istehlak xərclərinin qiymət indeksi sentyabr ayında bir ilin eyni ayı ilə müqayisədə 2.1% artıb. Bu, “Dow Jones” tərəfindən sorğuda iştirak edən iqtisadçıların konsensus proqnozu ilə üst-üstə düşür.

Son xəbərlər
Digər xəbərlər