10 C
Baku
Friday, October 25, 2024

Uoll-Stritdə ilk dəfə olaraq su fyuçerslərin ticarətinə başlanılıb

Amerikanın CME fond birjasında qızıl, neft və digər ənənəvi aktivlərlə bərabər su ticarətinə başlanılıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, su fyuçerslərinin tətbiq edilməsi ABŞ-ın Qərb sahilinə ciddi ziyan vuran dağıdıcı meşə yanğınları və quraqlıqla əlaqəli olub.

Yenilik haqqında “Bloomberg” yazıb, baxmayaraq ki, su fyuçersləri ilə ticarət planları haqqında ilk dəfə hələ 2020-ci ilin sentyabrında danışılıb.

Ekspertlərin fikrincə, bu cür müqavilələr fermerlər kimi böyük su istehlakçılarını fövqəladə hallar zamanı suyun qiymətindəki dalğalanmalardan qoruya bilər. Alətlər Nasdaq indeksinə bağlı olacaq və Veles California Water Index adını daşıyacaq.

Yanvar ayı üçün su fyuçersləri artıq mövcuddur ki, bir müqaviləyə 3,26 milyon halon su daxildir. Onlar maliyyə yolu ilə hesablanır və fiziki su təchizatı tələb etmir. “CME Group Inc.” şirkətinin saytında göstərildiyi kimi, fyuçerslər su istifadəçilərinin riski idarə etməyi və tələb ilə təklifi uyğunlaşdırmağa öyrənmələrinə kömək etmək məqsədini daşıyır.

Analitiklərin sözlərinə görə, çoxsaylı meşə yanğınları, quraqlıq və əhali artımı yaxın illərdə suyun qiyməti problemini aktuallaşdıracaq. Hal-hazırda iki milyard insan su problemi olan ölkələrdə yaşayır. Bu səbəbdən mütəxəssislər “su risklərini” idarə etmək ideyasının getdikcə daha əhəmiyyətli olacağını söyləyirlər.

İqtisadçılar belə bir fyuçersin uğurlu olub-olmadığını proqnozlaşdırmağa tələsmirlər, lakin bu xəbər bütün su bazarını dəyişdirmək üçün bir təkandır.

Son xəbərlər
Digər xəbərlər