Uolt Disney özündən sonra Yer üzündə silinməz bir iz qoyub gedib. Gənc Uoltu onun «ideyalarının olmaması» səbəbindən qəzet işindən azad etmişdilər.
Hansısa kiçik bir qəzet və hansısa baş redaktor Disneyi onun istedsaz olduğu ilə ittiham edir və işdən azad qovur. Və məhz bu hadisə böyük Uolt Disney imperiyasının yaranmasına səbəb oldu.
Uolt Disney işdən ayrılandan sonra yenidən bir uğursuzluq yaşayır. Öz ilk multiplikasiya qəhramanını Osvald dovşanını çəkdikdən sonra o, dələduz bir insanla müqavilə bağlayır. Həmin insan Uoltdan xəbərsiz müqaviləni satmışdı. Günlərin bir günü Disney işə gəlir və belə bir ifadə eşidir: «Bütün multfilmlər, bütün müqavilələr və hətta artıq məşhur olmuş dovşan Osvald da mənə məxsusdurlar. Sən artıq nə buranın sahibi, nə də müəllifisən. Bundan sonra yalnız sənə verdiyim maaşa çalışacaqsan».
Uolt Disney xəyanət ilə üzləşmişdi. Lakin məhz bu hadisə məşhur Mikki Maus personajının yaranmasına stimul verdi. Bəlkə də Disney belə bir xəyanət yaşamasa idi, dünya multiplikasiyasının tarixi tamamilə fərqli olacaqdı və biz sizinlə bu möhtəşəm personaj ilə birlikdə nə gülə, nə də kədərlənə bilməyəcəkdik.
Və dünyada Disneylend kimi qeyri- adi bir attraksion olmayacaqdı.
Bu xəyanətdən sonra Uolt Disney əsəb gərginliyi keçirdir. Lakin o, özündə güc toplayaraq həmin dələduza deyir: “Bu eybəcəri özünə götür! Mənim dostluq etdiyim dünyada çox saylı qəhrəmanlar var!”.
Və artıq evə gedərkən yolda Uolt Disney məşhur Mikki Mausu çəkmişdi.