22 C
Baku
Monday, May 27, 2024

Uolt Disney: körpəlik arzusu və fədakarlıq

“Uolt Disney” adı bizdə uşaqlığımız, cizgi filmləri və məşhur əyləncə parkları ilə assosiasiya olunur. Bu heç də təsadüfi deyil. Axı bütün bu uşaqlıq atributların arxasında onun yaradıcısının böyük zəhməti və talantı gizlənir. Etiraf etmək lazımdır ki, onun keçdiyi həyat yolu heç də asan olmamışdır. 

Talant

Adətən istedadlı insanların əksəriyyətinin taleyi elə gətirir ki, üstündən neçə il keçəndən sonra onların məhz uşaqlıqda özünü büruzə verən talantları əsl peşəyə çevrilir, necə ki, bu, Uolter Disney ilə baş vermişdi. Uşaq ikən, o çox kasıb ailədə böyümüşdü, bəzən isə valideynlərin hətta ən zəruri əşyaları belə almağa vəsaitləri çatmırdı. Ona görə də şəkil çəkməyi həddindən artıq çox sevən oğlan üçün fırça və ya boyaların alınmasından söhbət belə gedə bilməzdi. Bu zaman dörd yaşlı oğlan bir çubuq və bir az qatran götürür, improvizə edərək öz evlərinin divarında nəsə çəkir, bir neçə il sonra Uolter öz rəsmlərini qonşulara satmağa başlayacaqdı. Qırx il sonra isə onun uşaq əsərləri dünyanın ən prestijli auksionlarında lot şəklində satılacaqdı.

Zəhmətsevərlik

Zəhmətsevərliyin nə olduğu Disneyə uşaq yaşlarından yaxşı tanış idi. Səkkiz yaşında ikən o, pul qazanmaq üçün qəzet paylayırdı. Bundan ötrü o, səhər saat dördün yarısında yuxudan durmalı olurdu. Daha sonralar Uolter qardaşı Roy ilə birlikdə köhnə bir qarajda balaca studiya açanda Uolter bütün bir komandanın işini görməli olurdu. Həmin dövrlərdə iki dəqiqəlik bir cizgi filminin yaratmaq üçün bir neçə ay vaxt sərf olunurdu. Tammetrajlı filmim ərsəyə gəlməsi üçün isə daha çox vaxt lazım idi. Disney dayanmadan sutkalarla işləyə bilərdi. Hətta sonralar da rejissor və multiplikator kimi çalışdığı dövrdə şəxsi studiyası olan Disney saatlarla heç bir fasilə etmədən montaj üzərində işləyirdi. Hətta o yatmağa belə vaxt ayırmırdı. O, özünü tamamı ilə işinə həsr edir, bununla da digərlərini ruhlandırırdı.

İnadkarlıq

Öz işini qurmaq asandırmı? Bəs əgər bu iş sənin uşaqlıq arzun, bütün həyatını sərf etmək istədiyin bir işdirsə, onda necə? Bəs, əgər sən ucqar kənd əyalətindən tanımadığın bir şəhərə cibində cəmi 40 dollarla pənah gətirmisənsə onda arzunu necə gerçəkləşdirəcəksən? Disney bunu bacardı. Bəs səni heç kəsin tanımadığı halda Hollivud prodüserlərinin qəlbini fəth etmək asandırmı? Zaman gələcək Disney ömrünün bu səhifələri haqqında öz xatirələrində yazacaq: o studiyadan studiya gedirdi və onun əldə edə bildiyi yeganə iş ştatdan kənar idi.

Uolterin ilk ciddi uğuru sonda məyusluq ilə nəticələndi. Nyu-York şəhərində yeni başlayan rejissor Marqaret Uinkler adlı prodüser ilə qarşılaşır. Bu hadisə Walt Disney Company-nin tarixində dönüş nöqtəsi rolunu oynayır. Marqaret ilə birlikdə dovşan Osvaldo haqqında uğurlu cizgi filmləri seriyası yaradılır. Uğurun dadını hiss edən Marqaret, müqavilənin Disneyin xeyrinə tərtib olunmamasından istifadə edir və bütün müəlliflik hüquqlarını özünə götürür. Lakin əgər bu çətinlik baş verməsəydi, heç zaman Mikki Maus yaranmazdı –multiplikator dovşanı başqa personaj ilə dəyişmək məcburiyyətində qalır və dəyişiklik ona görünməmiş uğur qazandırır.
Nailiyyət

Məşhur  animasiya filmləri istehsalçısının qəbul etdiyi qərarlar nə dərəcədə düzgün idi, onun riskləri nə dərəcədə əsaslı idi və özünü nə dərəcədə doğruldurdu? Bu suallın ən layiqli cavabını Disneyin əldə etdiyi uğurları sadalamaq ilə vermək olar. Onun tərəfindən yaradılmış filmlər 25 “Oskar” mükafatı alıb. Bütün həyatı boyu o 11 film çəkib. Təkcə Kaliforniyada yerləşən “Disneyland”-ə ildə 13 milyondan artıq qanaq baş çəkir. Bəs dünyada Disneyin çəkdiyi “Su pərisi”, “Ələddin”  kimi cizgi, filmlərinin qəhrəmanlarına vurğun olan uşaqların sayı nə qədərdir? Sevgini rəqəmlər ilə ölçmək çətindir, ümumiyyətlə buna ehtiyac varmı?wg57494

Son xəbərlər
 ⁠
Digər xəbərlər