6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Uolt Disneyin həyatından 3 vacib dərs

Uolt Disneyin adı çox vaxt cizgi filmləri və Disneyland ilə səciyyələşdirilir. Lakin karyerasının əvvəlində o, sadəcə yaradıcı enerji ilə dolu sadə bir insan olub. Uolt Disney bütün dünyaya  fantaziya ilə reallıq birləşdirildiyi təqdirdə nə olacağını göstərmək istəyirdi. Onun həyatından üç vacib dərs. 

  1. İş və şəxsi həyatınızı bir-birindən ayırmayın

Yəqin ki, iş və şəxsi həyat arasında balans saxlamağın vacib olduğunu eşitmisiniz. Unutmayın ki, bizim vaxtımız məhduddur və buna görə onu həyatın müxtəlif sahələri arasında bərabər paylamağı öyrənməliyik. İşi şəxsi həyatdan ayırmayın, əksinə – bir araya gətirin. 

Hər gün etdiyimiz hərəkətlər tədricən vərdişlərə çevrilir və şəxsiyyətimizi formalaşdırır. Beləliklə, iş bizim mahiyyətimizi dəyişdirir. 

Sizcə, əyləncə parını açmaq ideyası Disneyin ağlına necə gəlmişdir? Qızlarının karuselə mindiyini seyr edəndə! O, ailələrin uşaqlarla xoşbəxt vaxt keçirə biləcəyi yer yaratmaq istədi. Beləliklə, iş onun həyatının bir hissəsinə çevrilmiş oldu. 

Bəli, iş və şəxsi həyat arasındakı sərhədlər çox vacibdir. Lakin insan yalnız işdə yaradıcı ola bilməz. Bu – həyata vahid yanaşmadır. 

  1. Hamının xoşuna gəlməyə çalışmayın

Disneyin fikrincə, tərəqqi ayrı-ayrı insanların reaksiyası ilə deyil, ictimaiyyətin ümumi təəssüratı ilə qiymətləndirilir. Təəssüf ki, əksər sahələrdə mükafatlandırma (xarici amil) və məmnuniyyət (daxili amil) arasında münaqişə var. 

Bəzən əksəriyyətin rəğbətini qazanmadan işinizi itirə bilərsiniz. Lakin tez-tez öz eqomuzu qane etmək üçün bunun uğrunda çalışırıq. Belə ki, tərif eşitmək və nüfuzlu mövqe tutmaq çox xoşdur. Amma unutmayın ki, belə irəliləyiş demək olar ki, önəmsizdir. 

Əgər daim öyrənib özünüzü inkişaf etdirsəniz, işiniz sizin yerinizə danışacaq. 

Əsl yaradıcı özü üçün çalışır. Bacarıq inkişaf etdirmək və işində ustalığa çatmaq. Özünə meydan oxumaq. O, hər gün özünü təkmilləşdirir. Onun irəliləyişi başqaları ilə deyil, işinin keyfiyyəti ilə təyin olunur. 

  1. Unutmayın: keyfiyyətli iş üçün mükafat almaq daha çox işləmək deməkdir

Bütün diqqətinizi şöhrətə və bəxtə yox, sənətkarlığa yönəldin. İnkişafınızı daxili motivasiya ilə ölçün. Onda keyfiyyətli iş üçün aldığınız yeganə mükafat daha çox iş olacaq. 

Disney şirkəti nə qədər genişlənsə də, həmişə bir şeyi xatırladır: qazanc vacib və zəruridir, lakin yalnız bir səbəbə görə – daha çox inkişaf etmək üçün. 

Biz daha çox pul qazanmaq üçün filmlər çəkmirik. Biz daha çox film çəkmək üçün pul qazanırıq. 

Yaradıcılıq insanların təbiətində var. Biz tikirik və yaradırıq. Əgər həqiqətən də işinizə yüksək dəyər verirsinizsə, əsl mükafat  daha çox işləmək imkanıdır. 

Nəticə

Həyatda çox şey individual şərtlərdən asılıdır. Bəzən iş yaradıcılıqla əlaqəli olmaya da bilər. Lakin bütün hallarda işə münasibəti dəyişmək mümkündür. 

Çoxları üçün karyera 30-50 davam edir və bu, həyatın böyük hissəsidir. Bu 30-50 ili boşuna xərcləməmək üçün işinizə düzgün yanaşın. 

Hər birimizdə yaradıcılıq qabiliyyəti var. Və bu qabiliyyətin özünü büruzə verib-verməməsi bizdən asılıdır. 

Son xəbərlər
Oxşar xəbərlər