18 C
Baku
Thursday, April 18, 2024

Uorren Baffet 800 milyon avroluq dələduzluğun qurbanı olub

Almaniyanın “Wilhelm Schulz” şirkətinin keçmiş rəhbərliyi böyük dələduzluqda şübhəli bilinir, onların qurbanlarından biri əfsanəvi investor Uorren Baffet olub.

Banker.az xəbər verir ki, bu barədə “Financial Standard” məlumat verib.

Məqalədə qeyd olunur ki, bir neçə il əvvəl “Wilhelm Schulz” şirkətinin sahibləri “Photoshop” proqramı vasitəsilə öz maliyyə durumu ilə bağlı sənədləri saxtalaşdırıblar. 2017-ci ildə Uorren Baffetə məxsus olan “Berffhire Hathaway Inc” şirkəti onu 800 milyon avroya satın alıb.

Lakin, qısa müddətdə “Berffhire Hathaway Inc” maliyyə göstəricilərinin saxtalaşdırılması barədə anonim mənbədən məlumat alır və Baffet günü-gündən çiçəklənən deyil, iflas astanasında olan biznesi aldığını başa düşür.

Nyu-Yorkun Arbitraj Məhkəməsi “Wilhelm Schulz” şirkətinin 157 milyon avro dəyərində olduğunu müəyyənləşdirərək, keçmiş sahiblərə Uorren Baffetə 643 milyon avro kompensasiya ödəmək göstərişini verib.

Almaniya prokurorluğu qeyd edir ki, “Wilhelm Schulz” daha əvvəl də investorları aldatmağa cəhd göstərib. Müstəntiqlərin fikrincə, şirkət mütəmadi olaraq orta hesabla 47 saxtalaşdırılmış kommersiya əməliyyatı həyata keçirib.

Son xəbərlər
Digər xəbərlər