-1 C
Baku
Sunday, February 23, 2025

Uorren Baffet ABŞ banklarının səhmlərini satır

Uorren Baffetin “Berkshire Hathaway” şirkəti 2024-cü ilin son üç ayında ABŞ-nin ən böyük banklarından bəzilərində paylarını azaldıb. İnvestisiya şirkətinin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənədlərə görə, “Berkshire Hathaway” ilin son rübündə “Citigroup”da payının 73%-ni satıb.

Şirkət həmçinin “Bank of America” səhmlərini satmağa davam edir. Üç ay ərzində o, bankın 95 milyon səhmini sataraq, payını 8.9%-ə endirib. Konqlomerat bank qrupunun 1.7 milyon səhmini sataraq “Capital One”dakı payını demək olar ki, 20% azaldıb.

Uorren Baffetin şirkəti 2024-cü ilin böyük bir hissəsində aktiv şəkildə “Apple” səhmlərini satır, lakin ilin son rübündə iPhone istehsalçısının səhmlərinin əlavə satışı olmayıb. Maliyyə konqlomeratı üçün yeganə yeni investisiya hədəfi pivə istehsalçısı “Constellation Brands”dir. Berkshire ona 1.2 milyard dollar sərmayə qoyub.

Son xəbərlər
Digər xəbərlər