7 C
Baku
Wednesday, December 25, 2024

Uorren Baffet “Bank of America”dakı payını 10%-dən aşağı endirib

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənədlərə istinadən yazır ki, Uorren Baffetin “Berkshire Hathaway” holinqi “Bank of America”dakı payını 10%-dən aşağı salıb, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Hesabata görə, “Berkshire Hathaway” oktyabrın 8-dən 10-dək “BofA”nın təxminən 9.55 milyon səhmini 382.4 milyon dollara satıb. Hazırda investisiya şirkəti bankın 775 milyon səhminə və ya 9.99%-nə sahibdir, “Bloomberg” qeyd edir. Agentlik bildirir ki, ümumilikdə, iyulun ortalarından etibarən davam edən “BofA” səhmlərinin satışı zamanı “Berkshire” təxminən 10.5 milyard dollar qazanıb.

“Bank of America” səhmləri son aylarda “Berkshire”in aktiv satışları səbəbiylə təzyiq altındadır. Oktyabrın 10-da ticarətin sonunda onların qiyməti 39.97 dollar (-0.55%) təşkil edib, iyulun ortalarında pik həddinə çatdıqdan sonra isə 9%-dən çox ucuzlaşıb.

Oktyabrın 11-nə olan məlumata görə, Uorren Baffet “Forbes Real-Time Billionaires” reytinqində 6-cı yerdədir. Onun sərvəti 143.1 milyard dollar olaraq qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər