10 C
Baku
Thursday, December 26, 2024

Uorren Baffet “Bank of America”nın daha 10 mlrd. dollarlıq səhmlərini satıb

Uorren Baffetin “Berkshire Hathaway” holdinqinin “Bank of America” bankının səhmlərinin satışından əldə etdiyi gəlir 10 milyard dolları ötüb, “Bloomberg” ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilmiş sənədlərə istinadən yazır.

7 oktyabr tarixli hesabata görə, ayın əvvəlindən bəri “Berkshire Hathaway” “Bank of America”nın 383.04 milyon dollar dəyərində təxminən 9.57 milyon səhmini satıb. “Berkshire Hathaway” hazırda bankın 784.55 milyon səhminə və ya 10.1% paya sahibdir.

“Berkshire Hathaway” iyulun ortalarından etibarən ABŞ-nin ikinci ən böyük bankı olan “Bank of America”dakı payını azaldır. Bu, ikincinin səhmlərinin qiymətinə təzyiq göstərir, “Bloomberg” yazır. Oktyabrın 7-də ticarətin bağlanışında Nyu-York Birjasında “BofA”nın səhmləri 39.96 dollar (-0.37%) dəyərində olub.

Son xəbərlər
Digər xəbərlər