13 C
Baku
Thursday, April 17, 2025

Uorren Baffet bu il pul qazanmağı bacaran azsaylı milyarderlərdən biri olub

Qlobal birjalardakı son satışlar dünyanın ən zəngin insanlarının sərvətində əhəmiyyətli itkilərlə nəticələnib. Bununla belə, əfsanəvi investor Uorren Baffet bu il sərvəti artan dünyanın Top-20 milyarderindən biridir. Böhran zamanı varlanan ikinci milyarder “L’Oreal” səhmlərini anasından miras almış Fransuaza Bettankur Meyersdir.

Baffetin sərvətinin aprelin 2-dən aprelin 7-dək 14,5 milyard dollar azalmasına baxmayaraq, “Bloomberg”in məlumatına görə, bu il 11,5 milyard dollar artaraq 153,5 milyard dollara çatıb. Belə ki, “Berkshire Hathaway” şirkətinin səhmləri həmin vaxt ərzində 8,8% ucuzlaşsa da, ilin əvvəlindən 8,25% dəyər qazanıb.

“Berkshire Hathaway”in güclü performansı Trampın tarifləri ilə sarsılan qlobal ticarətdən təcrid olunmuş sığorta sektorunun dayanıqlığını əks etdirir. Xatırladaq ki, Baffett ticarət müharibəsi başlayandan əvvəl hal-hazırda sürətlə ucuzlaşan “Apple” və “Bank of America”dakı payını mərhələli şəkildə satıb.

Son xəbərlər
Digər xəbərlər