Bu gün ABŞ-ın və dünyanın ən böyük banklarından biri olan “Citigroup”un kotirovkaları Uorren Baffetin bu banka 3 milyard dollar sərmayə qoyması xəbərindən sonra 7% bahalaşıb. İnvestorlar cənab Baffetin sərmayəsini bank üçün yaxşı əlamət hesab edirlər. İlin əvvəlindən “Citigroup”un səhmləri 18%, son 12 ayda isə 30%-dən çox ucuzlaşıb.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Beləliklə, Uorren Baffet “Citigroup”da təxminən 2.5% pay sahibi olub ki, bu da “Bank of America”dan sonra maliyyə sənayesində tanınmış investorun ikinci ən böyük investisiya obyektidir. Uorren Baffetin bu günə qədər ən əhəmiyyətli investisiyası “Apple” şirkətinə olub – 887 milyon səhm (130 milyard dollar dəyərindədir).
Uorren Baffetin daha bir böyük yatırımı “Paramount Global” media şirkətidir. Bu alışla cənab Baffet şirkətdəki payını 15%-ə çatdırıb.