15 C
Baku
Cümə, Oktyabr 22, 2021

Uorren Baffet “Dominion Energy” qaz biznesinin səhmlərini 9,7 mlrd. dollara alır

faizlere

İnvestor Uorren Baffet “Dominion Energy” qaz biznesinin səhmlərini 9,7 milyard dollara alır. Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat verib. Mütəxəssislər bunu milyarderin 2020-ci ildə ilk böyük alışı hesab edirlər.

Müqavilənin şərtlərinə görə, Uorren Baffetə məxsus olan “Berkshire Hathaway” investisiya fondu “Dominion Energy”nin qaz ötürmə infrastrukturunu, o cümlədən maye qazın istehsalı zavodunun 25%-ni təxminən 9,7 milyard dollara alacaq. Qeyd edək ki, müqavilənin şərtlərinə həmçinin “Dominion Energy”nin 5,7 milyard dollarlıq borcdan xilas olması da daxildir.

“Energetika biznesimizə bu qədər böyük resurs portfeli əlavə etdiyimizdən çox qürur duyuruq”, – Uorren Baffet bildirib.

Ekspertlərin sözlərinə görə, bu müqavilə olduqca vacibdir və gələcək perspektivdə aktual olan trendlərdən xəbər verir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər