23 C
Baku
Saturday, April 20, 2024

Uorren Baffet illik mesajında ​​birjanı kazino ilə müqayisə edib

Dünyanın ən çox tanınan investorlardan biri olan Uorren Baffet “Berkshire Hathaway” səhmdarlarına illik mesajında ​​müasir birja bazarını kazino ilə müqayisə edib. Milyarder 1965-ci ildən bəri hər il investisiya şirkətinin illik maliyyə hesabatlarını müşayiət edən belə məktublar yazır. Mesaj onun saytında dərc edilib.

“Birja bizim ilk illərimizə nisbətən daha böyük olsa da, bu gün onun fəal iştirakçıları emosional cəhətdən daha sabit və ya daha yaxşı təhsilli deyillər. Nədənsə, bazarlar mənim gənclik illərimdən fərqli olaraq daha çox kazinolara bənzəyir”, – Baffet qeyd edib.

Baffet texnologiyanın yayılmasından da ehtiyatlanır. İnvestorun fikrincə, onun sayəsində bu kazino “indi bir çox evdə yaşayır və hər gün sakinlərini şirnikləndirir”. “Əgər siz amerikalı investorların keçmişlə müqayisədə indi daha stabil olduğunu düşünürsünüzsə, 2008-ci ilin sentyabrını xatırlayın. Ünsiyyət sürəti və texnologiyanın möcüzələri ani olaraq bütün dünyanı iflic edir <…> Belə ani panikalar tez-tez baş vermir, amma olur”, – milyarder xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu fonda “Berkshire Hathaway” bir daimi qaydaya əməl edir: heç vaxt “kapitalın daimi itkisi riskinə girməmək”. Bu strategiya “Berkshire”yə ildən-ilə müsbət nəticələr əldə etməyə imkan verir. Qeyd edək ki, Baffetin şirkətinin xalis mənfəəti 2023-cü ildə rekord 96.22 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər