14 C
Baku
Thursday, November 21, 2024

Uorren Baffet nə dərəcədə effektivdir? 1000%

Hər kəs Uorren Baffetin sərmayə ustadı və “uğur” anlayışının sinonimi olduğunu bilir. Lakin bu, hər kəs tərəfindən qəbul olunmuş həqiqətlərin iç üzünü araşdırmağa mane olmur. Söhbət, əlinə kalkulyatoru alaraq, aparılan real araşdımadan gedir. Berkshire Hathaway fondunun səhmdarı və “Uorren Baffetin davamçısı kimdir və nəyə görə bu vacibdir” kitabının müəllifi Ceff Metyuz Baffetin Berkshire Hathaway əmənatəçisinin S&P 500 indeksinə yatırım edənlərdən nə dərəcədə müvəffəqiyyətli olduğunu hesablamağa çalışıb.

Nəticə belədir: 1965-ci ilin may ayından bəri Berkshire Hathaway kompaniyasının səhmləri 981,15% bahalaşıb. Yəni həmin dövrdə kompaniyaya 16 dollar yatırım etmiş olsaydınız, bu günləri dividentləri saymasaq $162 905 dollar sahibi idiniz. S&P 500 indeksində bu gün əldə edəcəyiniz $600 dollar, dividentlər ilə birlikdə isə ən yaxşı halda 2000 dollar ola bilərdi. Beləliklə Uorren Baffet bazardan təqribən 250 dəfə daha effektivdir.

Son xəbərlər
Digər xəbərlər