23 C
Baku
Saturday, April 20, 2024

Uorren Baffetin varidatı 100 mlrd. dolları keçdi

Milyarder Uorren Baffetin sərvəti 100 milyard dolları keçib – o, “Forbes” reytinqində bu göstəriciyə çatan beşindi insan olub.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, Baffetin investisiya şirkətinin səhmləri 15% bahalaşıb və hal-hazırda investorun varidatı 100.3 milyard dollar dəyərində qiymətləndirilir.

Uorren Baffetdən başqa, “Amazon”un qurucusu Ceff Bezos (179.6 milyard dollar), “Tesla” və “SpaceX”in yaradıcısı İlon Mask (165.1 milyard dollar), “Dior” və “Louis Vuitton”un sahibi Bernar Arno (158.5 milyard dollar) və “Microsoft”un həmtəsisçisi Bill Qeyts (125.6 milyard dollar) 100 milyard dolları aşan sərvətə sahibdir.

Ekspertlərin sözlərinə görə, Baffetin xeyriyyə işlərinə nə qədər yardım etdiyini nəzərə aldıqda, onun 100 milyard dollar həddini keçməsi daha əlamətdar olur. Xatırladaq ki, 2006-cı ildən bəri milyarder “Berkshire” səhmləri ilə 37 milyard dollardan çox vəsait bağışlayıb. Bundan əlavə, investor Bill Qeyts ilə birlikdə “The Giving Pledge” (“Bağışlanma andı”) layihəsinə başlayıb. Layihəyə qoşulan hər bir kəs sərvətinin ən az yarısını xeyriyyəyə bağışlayacağını vəd edir.

Son xəbərlər
Digər xəbərlər