15 C
Baku
Sunday, November 24, 2024

Uorren Baffett bütün “TSMC” səhmlərini satıb

Uorren Baffettin “Berkshire Hathaway” investisiya fondu ABŞ tənzimləyicilərinə dünyanın ən böyük yarımkeçirici istehsalçısı olan Tayvanın “TSMC” şirkətində artıq səhmlərinin olmadığı barədə məlumat verib. Beləliklə, Uorren Baffett ötən ilin noyabrında 4.1 milyard dollar (60.1 milyon səhm) xərclədiyi “TSMC”dəki payından tamamilə qurtulub. Qeyd edək ki, “Berkshire”nin indiyədək ən böyük sərmayesi “Apple” şirkətinə olub və 306.2 milyard dollar təşkil edib.

Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Fevral ayında “Berkshire Hathaway”in “TSMC”dəki səhmlərinin 86%-ni satdığı məlum olub. Uorren Baffett bunu Çin və Tayvan arasında artan gərginlik və kapitallarını yerləşdirmək üçün “daha yaxşı yerlər” tapmaq istəyi ilə izah edib. Birja bu məlumatlara sakit reaksiya verib – TSMC səhmləri 2.4% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər