2 C
Baku
Saturday, December 14, 2024

Uorren Baffett TSMC şirkətinə $4.1 mlrd. sərmayə qoyur

Dünyaca məşhur investor Uorren Baffetə məxsus olan “Berkshire Hathaway” holdinqi “Taiwan Semiconductor Company” (TSMC) şirkətinə 4.1 milyard dollar sərmayə qoyub. Bu, milyarderin üçüncü rübdə ən böyük investisiyasıdır. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi məlumata görə, “Berkshire” hazırda Tayvanın yarımkeçirici istehsalçısının 60,1 milyon depozitar səhminə sahibdir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

TMSC səhmləri çərşənbə axşamı günü “Berkshire Hathaway”in sərmayəsi ilə bağlı xəbərlərə görə 7.9% bahalaşıb. Keçən ay şirkət rüblük mənfəətinin 80% artdığını bildirsə də, yaxın perspektivdə tələb artımı üçün təmkinli proqnoz verib.

“Berkshire”ın indiyədək ən böyük sərmayəsi investisiya şirkətinin 306.2 milyard dollarlıq paya sahib olduğu “Apple” olub. Üçüncü rübdə “Berkshire” neft şirkətləri “Chevron” və “Occidental Petroleum”, tikinti materialları istehsalçısı “Louisiana-Pacific”, film şirkəti “Paramount Global” və “Jefferies” maliyyə şirkətinə sərmayə qoyub.

Son xəbərlər
Digər xəbərlər