1 C
Baku
Saturday, December 14, 2024

Uorren Baffett varisinin adını rəsmən açıqlayıb

Dünən “Berkshire Hathaway” investisiya şirkətinin qurucusu və rəhbəri, 93 yaşlı milyarder Uorren Baffett təsdiqlədi ki, şirkətin aktiv idarəçiliyindən getdikdən sonra investisiya strategiyası ilə bağlı əsas qərarları “Berkshire Hathaway”in hazırkı vitse-prezidenti 61 yaşlı Qreg Abel verəcək.

“Kapitalın ayrılması ilə bağlı qərarları Qreqin öhdəsinə buraxacağam. O, müxtəlif biznes növlərinin necə işlədiyini çox yaxşı başa düşür. Və əgər siz müxtəlif biznes növlərinin necə işlədiyini başa düşsəniz, səhmlərlə də nə edəcəyinizi başa düşəcəksiniz”, – Baffett söyləyib.

Qeyd edək ki, Baffett 2018-ci ildən özünə varis axtarmağa başlayıb. Potensial namizədlər arasında investor bu il 73 yaşı tamam olan sığorta əməliyyatları üzrə vitse-prezident Ajit Jainin də adını çəkib. 2021-ci ildə məlum olub ki, Qreq Abel böyük ehtimalla Baffettin varisi olacaq.

“Mən biznesimizi necə idarə etmək üçün müxtəlif variantlara baxırdım. Və sonda belə qənaətə gəldim ki, əsas məsuliyyət bir nəfərin – CEO-nun üzərinə düşməlidir”, – Baffett izah edib.

“Berkshire Hathaway” hazırda 189 milyard dollar sərbəst pul axınına və 347 milyard dollarlıq aktivlərə sahibdir: “Məncə, bu cür pulları idarə etmək üçün strateji baxışın olması mütləqdir”, – milyarder bildirib.

Son xəbərlər
Digər xəbərlər