14 C
Baku
Friday, November 22, 2024

Uorren Buffet xeyriyyə məqsədilə $5.3 mlrd. bağışlayıb

Amerikalı milyarder Uorren Baffet növbəti illik ianə raundu çərçivəsində xeyriyyəçilik üçün 5.3 milyard dollar bağışlayıb. Milyarderin özünün bu məsələ ilə bağlı açıqlamasında dediyi kimi, ianə onun “Berkshire Hathaway” şirkətinin səhmləri şəklində həyata keçiriləcək. Cənab Baffet 8.674 “A” sinfi səhmi 13.01 milyon “B” sinfi səhmə çevirib və həmişə olduğu kimi, beş xeyriyyə təşkilatına bağışlayıb.

Ən böyük payı Bill və Melinda Qeyts xeyriyyə fondu alıb – 9.93 milyon səhm, 2004-cü ildə vəfat edən Uorren Baffetin birinci həyat yoldaşı Syuzan Baffetin xeyriyyə fondu 993 mindən bir qədər çox səhm (400 milyon dollar) alıb.

Xeyriyyə proqramı 2006-cı ildə Uorren Baffet tərəfindən başladılıb. O hər il bu xeyriyyə təşkilatlarına ömür boyu pul vermək öhdəliyi götürüb. Bu illər ərzində fondlar ondan “Berkshire Hathaway” səhmləri şəklində ümumilikdə 55 milyard dollar alıb.

Bundan əlavə, 93 yaşlı Uorren Baffetin vəsiyyətinin bəzi təfərrüatlarını açıqladığı “The Wall Street Journal”ın bu gün, iyunun 28-də verdiyi xəbərə görə, investorun ölümündən sonra sərvətinin demək olar ki, hamısı xeyriyyə fonduna keçəcək. Fonda onun qızı və iki oğlu rəhbərlik edəcək və vəsaitin hansı məqsədlər üçün istifadə olunacağına onlar özləri qərar verəcək.

Son xəbərlər
Digər xəbərlər