6 C
Baku
Monday, December 16, 2024

Uqanda da “ASAN xidmət” modelindən istifadə edəcək – İlk mərkəz açıldı

Uqandanın Hoima şəhərində “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərəcək Dövlət Xidmətləri Mərkəzinin açılışı olub.

“ASAN xidmət”dən verilən xəbərə görə, mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa iştirak ediblər.

Uqandalı nazir Azərbaycan Prezidenti və Dövlət Agentliyinə ölkəsində xidmət mərkəzlərinin yaradılmasına verdiyi dəstəyə görə təşəkkür edib. Eyni zamanda “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərəcək yeni xidmət mərkəzinin Afrikada yerləşən digər ölkələrə də nümunə olacağını qeyd edib.

Dövlət Agentliyinin nümayəndə heyətini Uqanda Prezidenti Yoveri Kaquta Museveni də qəbul edib.

64c7537f5c5b564c7537f5c5b6169078463964c7537f5c5b164c7537f5c5b3 64c7537f6f91664c7537f6f917169078463964c7537f6f91264c7537f6f914 64c7537f4860764c7537f48608169078463964c7537f4860364c7537f48605

MənbəApa
Son xəbərlər
Digər xəbərlər