3 C
Baku
Saturday, December 14, 2024

Uqandada orta yaş həddi 15-dir

Uqanda – Cənub-Şərqi Afrikada yerləşən bir dövlətdir. Ölkə 9 oktyabr 1962-ci ildə Böyük Britaniyadan müstəqillik əldə edib və o zamandan etibarən burada siyasi konfliktlər baş verir. Son zamanlar burada “Rəbbin Müqavimət Ordusu” ilə müharibə davam etməkdədir.

Məhz bu müharibə sayəsində 10 minlərlə insan həlak olmuş, milyonlarla insan isə öz ölkələrini tərk edərək qaçmağa məcbur olmuşdur. 

Uqanda – dünyanın ən kasıb ölkələrindən biridir: əhalinin 37,7%-i bir günə 1,25 dollara yaşamağa məcburdur. 1992-ci ildə vəziyyət daha pis idi – bu zaman əhalinin 56%-i, 2005-ci ildə isə 31%-i yoxsulluq şəraitində yaşayırdı. Yoxsulluqla mübarizədə aparılan böyük proseslərə baxmayaraq, Uqanda vətəndaşlarının 85%-i yoxsulluq şəraitində yaşayır.

Bu Uqanda vətəndaşlarının orta yaş həddinin 15 olmasının əsas səbəblərindən biridir. İnsanların əksəriyyətinin bundan daha artıq bir müddətə yaşamaq üçün sadəcə pulları yoxdur.

Son xəbərlər
Digər xəbərlər