17 C
Baku
Monday, May 27, 2024

“Ural Hava Yolları” Bakıya uçuşların sayını artırır

Rusiyanın “Ural Hava Yolları” şirkəti martın 6-dan Yekaterinburqdan Bakıya uçuşların sayını iki dəfə artıracaq.

Bu barədə aviaşirkət xəbər verir.

Məlumata görə, həmin tarixdən Yekaterinburqdan Bakıya aviareyslər cümə axşamı və bazar günləri, əks istiqamətdə isə bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.

Aviadaşıyıcı həmçinin martın 30-dan Jukovski-Bakı-Jukovski marşrutu üzrə Azərbaycana uçuşların sayını iki dəfə artıracaq. Hazırda aviadaşıyıcı hər cümə axşamı bu istiqamətdə aviareyslər həyata keçirir, qeyd olunan tarixdən isə uçuşlar çərşənbə və şənbə günləri olacaq.

Bundan əlavə, “Ural Hava Yolları” martın 9-dan 23-nə qədər Krasnodar – Bakı – Krasnodar marşrutu üzrə çərşənbə günlərində, martın 31-dən isə cümə axşamı günlərində uçuşlar yerinə yetirəcək. Hazırda bu istiqamətdə uçuşlar cümə günləri həyata keçirilir.

“Ural Hava Yolları” həmçinin İrkutsk – Bakı – İrkutsk (cümə günləri) və Krasnoyarsk – Bakı – Krasnoyarsk (şənbə günləri) marşrutları üzrə uçuşlar həyata keçirir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər