Bu ilin oktyabr ayında Rusiyada ixracın əsas məhsulu olan “Urals” markalı neftin bir bareli üçün orta qiyməti 70,62 ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin sentyabr göstəricisi (81,49 dollar) ilə müqayisədə 13,3 % azdır.
Məlumata görə, cari ilin sentyabr (68,25 dollar) ayları ilə müqayisədə oktyabrda “Urals”ın qiyməti 3,5% artıb.
Qeyd olunur ki, 2022-ci ilin yanvar-oktyabr aylarında “Urals” neftinin orta qiyməti 79,57 dollar təşkil edib. 2021-ci ilin eyni dövründə bu göstərici 67,51 dollar səviyyəsində olub.