Urbanizasiya dünyada ev böhranına səbəb olacaq

  •  
  •  
  •  
  •  

BMT-nin verdiyi məlumata görə, Dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. Yüzilliyin ortalarında dünya əhalisinin 68% urbanizasiyaya uğrayaraq, şəhərlərdə yaşayacaq. Bu artım şəhərlərə mənzil problem gətirə bilər.

Yoxsulların əksəriyyətinin mənzil bazarının xaricində qaldıqları Los-Ancelesdən … 20 milyon şəhər sakininin mənzil çatışmazlığı ilə üzləşdiyi Mumbaya qədər..

İnsanlar istər kiçik şəhər mərkəzlərinə, istərsə də Laqos və Nigeriya kimi genişlənmiş 20 milyondan çox sakini olan meqapolislərə axın edir

Milken İnstitutundan Kevin Klouden: “Yalnız yüksək ödənişli işlərin olduğu yerlər deyil, həm də qarşılıqlı fürsətlər üçün, irəliləyiş, resurslardan istifadə imkanları əldə etmək üçün.”

Bəzi ölkələr bu sıxlığı aradan qaldırmaq üçün yeni paytaxtlar qurmağa başlayıblar. Misir Qahirədən kənarda yeni paxtaxt qurur.

Milken İnstitutundan Kevin Klouden: “Onlar paytaxtlarını köçürürlər. Yatırım üçün pulları olduğu dövrdə yeni süni şəhərləri inkişaf etdirməyə çalışdılar, amma bu yalnız bir müddətə qədər oldu.”

Çünki adamlar Tokyo kimi qarışıb-qaynayan şəhərlərdə olmaq istəyirlər – 37 milyon əhalisi olan dünyanın ən böyük meqapolisində.

Hər yerdə şəhərlər dəyişən mühitlə və bu səbəbdən bir sıra problemlərlə, məsələn, dəniz səviyyəsinin yüksəlməsi və içməli suyun olmaması kimi problemlərlə qarşılaşır.

İnkişaf edən ölkədə insanlar digər böyük çətinliklərlə qarşılaşırlar. Onlar münaqişələrlə əlaqəli köçə bilərlər, torpaqlarının kağızları olmaya bilər və yaxud onlara evlərinin sənədlərini qaydasına salmağa kömək etməyə heç kimi tapmaya bilərlər.

Habitat for Humanity təşkilatından Ceyda MakKenna: “ABŞ-da adi qəbul edilən şeylər – məsələn, mən öz evimə sahibəm, mənim bununla bağlı sənədlərim var – bunlar çox vaxt insanlar üçün maneə olur, xüsusən də qadınlar üçün. Bu səbəbdən ictimai polis olduqca vacibdir.”

Bu sahədə fərdi təşəbbüslər çox vacibdir. “Habitat for Humanity” xeyriyyə təşkilatı könüllüləri öz evlərini tikməyə təşviq edir.

Habitat for Humanity təşkilatından Ceyda MakKenna:​ “Bizim ABŞ-dan kənarda da, mənzillər üçün mikro-maliyyə məhsullarımız var, belə ki, biz ailələrə evlərini yaşayış üçün qurmalarına imkan veririk. Bu kreditlərlə insanlar hamam qururlar və ya soba və ya digər əşyalar quraşdırırlar.”

Urbanizasıya problemləri ilə mübarizə aparan hər bir şəhər fərqlidir.

Cənubi Karolina Universitetindən Erik Heykkila: “Onların hər biri inkişafın özünə aid mərhələsindədir. Öz konfiqurasiyasına, coğrafi konfiqurasiyasına, işdə öz iqtisadi qüvvələrinə malikdir, öz təşkilatlarına, öz tarixinə malikdir. ”

Və həll yolları şəhərə uyğun müəyyən edilməlidir.

– Amerikanın Səsi


  •  
  •  
  •  
  •