9 C
Baku
Sunday, November 17, 2024

Ursula fon der Lyayen: “Əsas məqsəd Rusiya hakimiyyətinin gəlirlərini azaltmaqdır

Ukrayna hadisələri fonunda Rusiyaya qarşı əlavə sanksiyalar müzakirə edilərkən, Avropa İttifaqı (Aİ) bank sektoruna, xüsusilə “Sberbank”a qarşı tədbirləri, həmçinin enerji sektorunda məhdudiyyətləri nəzərdən keçirir. Əsas məqsəd Rusiya hakimiyyətinin gəlirlərini azaltmaqdır.

Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen “Bild am Sonntag” qəzetinə açıqlamasında bildirib.

Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, Avropa İttifaqı hazırda neftin növbəti sanksiyalar paketinə daxil edilməsinə imkan verəcək ağıllı mexanizmlər hazırlayır.

Eyni zamanda, o, Almaniya hökumətinin anti-Rusiya sanksiyalarının qəbulunu ləngitməsi ilə bağlı tənqidləri rədd edib:

“Almaniya uzun illərdir Ukraynanı dəstəkləyib və 48 saat ərzində təklif etdiyimiz beş sanksiya paketinin hamısını təsdiqləyib. Avropa İttifaqı heç vaxt indiki kimi birlik, qətiyyət və enerji ilə hərəkət etməmişdir. Almaniya da bunda iştirak edir”.

 

 

Son xəbərlər
Digər xəbərlər