9 C
Baku
Sunday, November 17, 2024

Ursula fon der Lyayen: “Ucuz enerji” dövranı keçmişdə qaldı”

“Rusiya-Ukrayna müharibəsi səbəbindən “ucuz enerji” dövranı başa çatıb”.

Bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının iclasında bəyan edib.

Aİ komissarı Rusiya-Ukrayna müharibəsi səbəbindən qlobal təbii qaz təchizatının sərtləşdiyini və Rusiyanın boru kəməri ilə Avropaya göndərdiyi qazın miqdarının son səkkiz ayda 80 faiz azaldığını bildirib.

Fon der Lyayen təchizatı diversifikasiya edərək, enerji qənaətini artıraraq və yenilənə bilən investisiyaları sürətləndirərək bu vəziyyəti kompensasiya edə biləcəklərini dilə gətirib.

“Rusiyadan ucuz enerji təchizatı bir çox Avropa sənayesinin biznes modelinin bir hissəsi idi. Bu model Rusiyanın Ukraynaya hücumu ilə dağıldı. Həqiqət budur ki, bu model geri qayıtmayacaq”, – deyə avropalı komissar əlavə edib.

Fon der Lyayen Avropa sənayesi, həmçinin kiçik və orta müəssisələr üçün yeganə yolun bərpa olunan enerjiyə keçid olduğunu deyib və belə bir enerji transformasiyasının bir gecədə baş verə bilməyəcəyini vurğulayıb.

Avropa Komissarı həmçinin hazırda Avropanın qaz depolarının dolu olduğunu və bu qışı yola verə biləcəklərini deyib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər