Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen NATO-nun Baş katibi postuna namizəd ola bilər.
Bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Leyen yenidən Avropa Komissiyasının Prezidenti seçilməzsə sözügedən vəzifəyə namizədliyini irəli sürə bilər.
Məlumata görə, o, bir neçə həftə əvvəl hazırlıqlara başlayıb.
Qeyd edək ki, hazırda NATO-nun Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti sentyabrda başa çatır. Stoltenberq mandatının uzadılmasını istəmir.