11 C
Baku
Sunday, November 17, 2024

Ursula von der Leyen və Bayden bu gün Ukraynanı müzakirə edəcəklər

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu gün Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Bu barədə “Bloomberg“ yazıb.

Bildirilib ki, gündəmdə Ukraynadakı müharibə, ticarət əlaqələrinin yaxşılaşdırılması, həmçinin ABŞ və Çin arasında gərginliyin müzakirəsinin yer alacağı güman edilir.

Nəşr onu da əlavə edib ki, tərəflər Ukrayna ilə bağlı Rusiyaya təzyiqin davam etdirilməsini, xüsusilə sanksiyalara əməl olunmasını və Rusiya ordusunun ehtiyaclarını ödəmək üçün komponentlərin və çiplərin ölkəyə gəlişinin qarşısının alınması məsələsini müzakirə etmək istəyirlər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər