25 C
Baku
Monday, April 29, 2024

Ursula von der Leyen Zelenski ilə görüşüb

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenlə görüşüb.

Bu barədə Ursula von der Leyen “Twitter” hesabında bildirib.

Zelenski ilə məhsuldar görüşün keçirildiyini bildirən Avropa Komissiyasının Prezidenti qeyd edib ki, görüşdə Ukraynanın Aİ-yə üzvlüyü yolunda irəliləyiş və Rusiyanın təcavüzü qarşısında Aİ-nin davamlı dəstəyi müzakirə olunub.

“Biz Ukraynanın öz taxılını dünya bazarlarına çıxarmaq və bu ölkəyə iqtisadi yardım göstərmək üçün birgə işi davam etdirəcəyik”, Ursula von der Leyen əlavə edib.

Qeyd edək ki, görüş Yunanıstanda baş tutub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər