21 C
Baku
Friday, October 11, 2024

Uruqvay – bir sözlə unikal ölkə

  • 2013-cü ilin dekabr ayında Uruqvay Şimali Koreyadan sonra marixuananın yetişdirilməsi, satışı və istifadəsini qanuniləşdirən ikinci ölkə oldu. Uruqvay milli marixuana federasiyası bu bitkinin yetişdirilməsi ilə bağlı xüsusi kurs da yaratmışdı. Hazırda 50 nəfərə yaxın insan bu “xeyirli” təcrübəni öyrənməkdədir. Əcnəbilər isə burada qanuni əsasla bu bitkidən əldə etmək şansından məhrumdurlar.

  • Uruqvay Cənubi Amerikanın ən “ağ” ölkəsi hesab edilir. Uruqvaylıların 90%-i mühacir və yaxud İtaliya, İspaniya və Portuqaliyadan gələn mühacirlərin nəsillərindəndirlər.
  • Uruqvay prezidenti Xose Alberto “Pepe” Muhika Kordano dünyanın ən yoxsul prezidentidir. O özünün 12 000 dollar dəyərində olan əmək haqqısının 90%-ni xeyriyyə məqsədi ilə xərcləyir. O bu məbləğdən özünə yalnızca 775 dollar ayırır ki, bu məbləğ də ölkədə orta dərəcəli əmək haqqı hesab olunur.
  • Uruqvayda qüvvəyə minmiş qanuna əsasən, bütün ölkə vətəndaşları dünyalarını dəyişdikdən sonra avtomatik olaraq orqan donoru hesab edilirlər. Ölümündən öncə məktub şəklində buna etiraz etmiş vətəndaşlar isə istisna təşkil edir.
  • Uruqvayın əhalisi 3,5 milyon insan təşkil edir və burada adambaşına 3 inək düşür.

7

  • Futbol Uruqvay üçün böyük əhəmiyyətə sahibdir və bu ölkənin milli komandası dəfələrlə dünya çempionluğunu qazanmışdır. Burada həmin komandaya azarkeşlik etmirsənsə mağazada sənə xidmət göstərməyəcəklər və hətta avtobusa da minməyə icazə verməyə bilərlər.
  • Uruqvay 2009-cu ildə hər bir məktəblini simsiz internetə sahib pulsuz noutbuk ilə təmin edən ilk ölkə oldu.
  • Uruqvayda eyni cinsli nigahlar qanunla təsdiq edilir.
  • Uruqvayı Cənubi Amerikanın İsveçrəsi adlandırırlar. Bir çox latın amerikalılar, amerikalılar və avropalılar öz pullarını Uruqvay banklarında saxlayırlar.
  • Montevido paytaxt şəhəri olmasına baxmayaraq, küçələr zibil ilə zəngindir.
  • Atlantik okeanın sahilində yerləşməsinə baxmayaraq, Uruqvayda balıq az yeyilən məhsullar sırasındadır.
  • Bir evdə yerləşsəniz və sizi buradan 3 və daha çox ay ərzində çıxarmasalar evi rəsmi olaraq öz adınıza keçirmək hüququnuz var. Lakin bu sizin də başınıza gələ bilər. Bu səbəbdən də evinizi nəzarətsiz saxlamamaqda fayda var.
Son xəbərlər
Digər xəbərlər