11 C
Baku
Monday, December 23, 2024

US News : MBA reytinqində yüksəlişlər və enişlər (1990-2013)

Bu 24 illik müddət ərzində top 20 biznes məktəbin reytinqindəki dinamikanı göstərən ilk araşdırmadır, ona görə də ümid edirik ki, sizə faydalı olacaq.

Amerikanın US News jurnalı haqlı olaraq biznes-məktəbləri reytinqlərinin tərtib edilməsində ilk pionerlərdən hesab olunur. 25 ildən çoxdur ki, onun nəşrlərində ən yaxşı biznes məktəblərin siyahıları dərc olunur. Baxmayaraq ki, reytinq məsələlərində birinciliyə həmişə BusinessWeek iddialıdır, bu sahədə US News onu əhəmiyyətli dərəcədə qabaqlayır. Nyu-York jurnalı ilk top-siyahını 1998-ci ildə dərc etdiyi halda, Vaşinqtonda həmin siyahılar hələ 1987-ci ildə buraxılırdı. Amma US News agentliyinin ali məktəbləri qiymətləndirmək üçün tətbiq etdiyi və bu gün də aktualını qoruyan həmin sistem yalnız 1990-cı ildə yaranmışdır.

US News – bütün amerikan reytinqləri arasında ən «amerikansayağı» reytinqdir, o Kanadanın, Avropanın və ya Asiyanın ən yaxşı biznes məktəblərini araşdırmır. Bundan əlavə bu reytinq ən subyektivlərdən biridir, çünki onun metodikasının dörddə biri biznes məktəblərin direktor və dekanlarının zahiri qiymətləndirilməsinə əsaslanır (qiymətləndirmə 5 ballıq sistemlə aparılır). 15% isə kadrlar bölməsinin qiymətləndirilməsi üzərində düşür, yenə də oxşar meyarlar tətbiq edilir. Reytinqin daha 35%-i isə məktəbi bitirib işlə təmin olunan məzunlar haqqında informasiyaya əsaslanır: onların ilkin əməkhaqqısı və magistr proqramını başa vurduqdan sonra əldə etdiyi bonuslar. Bundan sonra, US News öz reytinq meyarına məktəblərin seçicilik xüsusiyyətini daxil edir: reytinqin 16,25%-i məktəbə daxil olmaq istəyən tələbələrin GMAT və GRE nəticələri, həmçinin məktəb tərəfindən tələb olunan orta attestat balları əsasında tərtib olunur. Siyahıda həmçinin qəbul olunan abituriyentlərin faizi də yer alır, halbuki, bu göstəriciyə ayrılan yer, rəqəm etibarı ilə elə də böyük deyil: cəmi 1,25%.

Sadalanan informasiyanı nəzərə alsaq təəccüblü deyil ki, US News reytinqinə əsasən ən yaxşı biznes məktəblərində qəbul olunan tələbələrin GMAT göstəriciləri ən yüksək həddədir .Düzdür, digər reytinqlərdə eyni mənzərə deyil. MIT Sloan məktəbinin 1995-ci ilə reytinqdə başlıca mpvqe tutması da bununla izah olunur: yalnız həmin dövrdə bu biznes məktəbi ilk Top-Beşlikdə belə bir pillə tutmağa müyəssər olub. Texnoloji proqress və tələbələrin GMAT üzrə orta ballarının yüksəkliyi bu ali məktəbə özünün kaliforniyalı rəqibi Stanford GSB-i geridə qoymaq imkanı vermişdi.

US News reytinqlərində ilk pillələrdə yer tutmağa görə rekordçular isə Harvard biznes məktəbi və Stanford GSB olub. 18 il əvvəl baş vermiş yuxarıda qeyd oluna halı istisna etsək, onlar hərəsi 14 dəfə birinci yeri tutub. 1990-ci ildən sonra birinciliyi düz beş dəfə aralarında paylaşıblar, o cümlədən də 2013-cü ili bu ayında.

Əgər bu ilin nəticələrini 1990-cı illə müqayisə etsək, ən yaxşı biznes məktəblərinin ilk onluğunun tərkibinin nə qədər az dəyişdiyinin şahidi olarıq. , Stanford, Wharton, MIT SloanKellog ilk beşlikdəki yerlərini saxlamağa davam edirlər. Aşağıda cədvəldə də görə biləcəksiniz ki, bu məktəblərdən heç biri US News reytinqində 6-cı pillədən aşağı düşməyib. Chicago Booth məktəbinin bu ilki mövqeyi 6-ıncıdır. Reytinq dərc ediləndən bəri onun tutduğu ən yüksək mövqe 4-cü, ən aşağı isə 9-cu olub.

1998-ci ildə ilk üçlüyə gözlənilmədən Columbia məktəbi daxil olmuşdu – təbii ki, bunlar Uoll-Stritdə əldə edilən uğurlar sayəsində idi və o vaxtdan bəri ilk 10-luğu tərk etmir.

Top-Beşlik xaricində isə dəyişikliklər daha çox olur. 20 il ərzində UC Berkeley Haas kimi biznes məktəbləri irəliləyiş edib. 90-ci illərdə o, 10-15-ci yerləri tuturdu, amma 2001-ci ildə məktəb 7-ci pilləyə yüksəldi. Bu daha 10 dəfə təkrarlanıb. Yuxarıya doğru gələn məktəblər sırasında NYU Stern qeyd etmək olar. O, 1990-ci ildən bəri 18-ci yeri tutsa da, son 7 ildən 10-da daima 10 ən yaxşıları sırasına düşüb.

Daha bir döyüşçü isə UT Austin McCombs məktəbidir, bu məktəbə hər il sənəd verənlərin sayı çoxalır, çünki o, ABŞ hazırda ən sürətlə böyüyən şəhərlərindən birində yerləşir. Sürətlə inkişaf edən iqtisadiyyat həm texnoloji bum, həm də güclü energetika sənayesi ilə öyünə bilər. Bundan əlavə 2008-ci ildə 28-ci yerə düşən Emory Goizueta məktəbi öz keçmiş şöhrətini geriyə qaytarır (belə bir aşağı reytinq US New-in ilk iyirmiliyə daxil olan başqa heç bir məktəbində qeydə alınmayıb). İndi o, stabil şəkildə 18-ci pillədə yerləşir.

Yale SOM məktəbi isə üç il dalbadal eyni yeri tutaraq, 10-ci pillədə möhkəmlənsə də, hal-hazırda 3 pillə geriləyib. Bunun səbəbi – rəqiblərin sürətli tərəqqisidir. Miçiqanın Ross məktəbi hazırda ən yaxşıların siyahısında deyil, 1993-cü ildə isə beşinci yeri tuturdu, indi isə 14-cü yerdədir.

Aşağıdakı cədvələ biz 20 ildən çox müddət ərzində olan nəticələri əhatə etməyə çalışmışıq. Əvvəllər US News reytinqi iki ildə bir dəfə dərc olunurdu, amma 1994-cü ildən etibarən isə o, hər il çıxmağa başladı.

Biz bildiyimiz qədər, bu 34 il ərzində biznes məktəblərinin dinamikasını göstərin ilk araşdırmadır, ona görə də ümid edirik sizin xoşunuza gələcək.

usrankhistory

Mənbə: MBA Admissions Edge, Consus Group, Kellogg

Son xəbərlər
Digər xəbərlər