6 C
Baku
Tuesday, December 24, 2024

Uşağın xaricə aparılması üçün digər valideynin razılığı olmalıdırmı?

“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 1 fevral 2024-cü ildə Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə dəyişiklik edilməsi ilə əlaqədar qərar qəbul edib. Yeni əlavə edilmiş müddəaya əsasən uşaq xaricə aparılarkən artıq digər valideynin notarial qaydada razılığı tələb olunmur”.

Bunu vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, uşağın valideynlərindən birinin yanında qalmasına dair məhkəmə qərarı varsa, artıq digər valideynin razılığı tələb olunmur.

“Əvvəllər isə qayda belə idi ki, boşanma və uşağın himayəyə verilməsinə dair qətnamə olmasına baxmayaraq, qanunvericilik tələb edirdi ki, uşağı xaricə aparmaq istəyən valideyn yenidən digər valideynə qarşı məhkəmədə iddia qaldırsın. Artıq belə bir tələb yoxdur. Miqrasiya Məcəlləsinə əlavələrin edilməsi artıq Milli Məclisə Konstitusiya Məhkəməsi tərəfindən tövsiyə edilib. Artıq himayəsində uşaq saxlanılan valideyn deyil, digər valideyn uşağın xaricə aparılmasına narazılıq edirsə, dərhal uşağın ölkədən getməsinin qarşısının alınması ilə bağlı iddia qaldırmalıdır. Belə bir iddia qaldırılmadığı təqdirdə uşaq kimin himayəsinə verilibsə, onunla bərabər rahat şəkildə ölkə ərazisini tərk edə biləcək”, – deyə vəkil bildirib.

Mənbəe-huquq.az
Son xəbərlər
Digər xəbərlər