27.4 C
Baku
Sunday, July 21, 2024

USAID Azərbaycan üzrə yeni direktor təyin edib

Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru Maykl Nirbas (Michael Nehrbass) öz vəzifələrini icra etməyə başlayıb. Bu barədə USAİD-dən bildirilib.

Məlumatda  deyilir ki, Azərbaycan üzrə Missiya Direktoru kimi Nirbas Azərbaycanın prioritetlərini dəstəkləmək üçün USAID proqramlarına nəzarət edəcək.

“Mən USAID-in inkişaf proqramlarının uğurlarına əsaslanaraq Azərbaycan hökuməti, donor icması, özəl sektor və vətəndaş cəmiyyəti ilə tərəfdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyirəm”, – deyə cənab Nirbas bildirib.

Qeyd olunub ki, bu vəzifəyə təyin olunmazdan əvvəl, Nirbas Pakistanda missiya direktorunun müavini vəzifəsində çalışıb. USAID/Pakistan-a qoşulmazdan əvvəl o, USAID/İraq üçün sabitləşmə, iqtisadi artım, demokratiya və idarəetmə fəaliyyətlərinə nəzarət edib. Nirbas 2001-ci ildə USAID-də Xarici Xidmət əməkdaşı kimi işə başlayıb. O, Əfqanıstan, Anqola, Gürcüstan, Qvatemala, İndoneziya, İraqda və USAID-in Vaşinqtondakı Afrika Bürosunda xidmət edib.

Xatırladaq ki, 1991-ci illərdən bəri USAID Azərbaycan xalqının həyatını yaxşılaşdırmaq məqsədilə 427 milyon ABŞ dollarından çox vəsait ayırıb.

MənbəTuran.az
Son xəbərlər
Digər xəbərlər