Bu məntiqi sual Sinqapurda uşaqlar arasında keçirilən olimpiadada riyaziyyat üzrə verilmişdi. Sual təsadüfən internetdə yayılmış və əsl ajiotaja səbəb olmuşdu. Belə məlum olur ki, nəinki azyaşlı məktəblilər, hətta bir çox böyüklər belə bu məsələni həll edə bilmir. Siz də öz bilik gücünüzü yoxlamaq istərdinizmi?
Beləliklə, sual:
Albert və Bernard Şeril adlı qızla tanış olur. Albert Şerildən soruşur: “Sənin ad günün nə vaxtdır?”. Şeril bir qədər düşündükdən sonra deyir: “Mən sənə bunu deməyəcəm, lakin bir neçə ipucu verə bilərəm”. O 10 tarixdən ibarət siyahı yazır:
15 may — 16 may — 19 may
17 iyun — 18 iyun
14 iyul — 16 iyul
14 avqust — 15 avqust — 17 avqust
“Bu tarixlərdən biri mənim doğum günümdür” – deyə Şeril əlavə edir. Daha sonra isə o, oğlanlardan birinin qulağına ayı, digərinə isə günü pıçıldayır.
Tezliklə Albert dedi:
-Mən bilmirəm sənin ad günün nə vaxtdır. Lakin bilirəm ki, Bernard da bilmir.
-Əvvəl bilmirdim, indi isə bilirəm. – deyə Bernard cavab verir.
-Əla! Artıq mən də bilirəm! – deyə Albert sevinir.
Sual: Şerilin ad günü nə vaxtdır?
Comments are closed.