13 C
Baku
Saturday, November 23, 2024

“Uşaq pulu” verilir?

Son zamanlar uşaq pulunun bərpası  ilə  bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə çox saylı müraciətlər olur.

Nazirin qeydinə  görə, Azərbaycanda yetkinlik yaşına çatmayan 2 milyon 700 min vətəndaş var. Bunların hamısını uşaq pulu ilə təmin etmək mümkün deyil. Səbəb odur ki, əhali 80-100 manat  uşaq pulu istəyəcək. Üstəlik uşaq pulu  o yerlərdə verilir ki, əhalinin sayı durmadan azalır. Yəni artım səviyyəsi çox aşağıdır. Amma nazirin çox istəməsi fikrinə təklifim var.

Təklifim ondan ibarətdir uşaq pulunun bərpası üçün ən optimal variantı kommunal xidmətlərdə güzəştdə görürəm.

Hər bir uşaq üçün kommunal xidmətdə güzəşt olunsun. Misal üçün 1 uşağa ən azı 50 manat. Bunu aşağıdakı kimi səciyyələndirmək olar:

  1. Noyabr – Mart ayı aralığında 1 uşağa görə 25 (50%) manat qaz ödənişində güzəşt.  15 (30%) manat işıq ödənişində, 10 (20%) manat su ödənişində güzət etmək olar. 
  2. Aprel – Oktyabr ayı aralığında 1 uşağa görə 25 manat (50%) işıq ödənişində güzəşt, 15 (30%) manat su ödənişində, 10 (20%) manat qaz ödənişində güzət etmək olar.
rauf
Rauf Qarayev

İqtisadçı-ekspert
Rauf Qarayev

Yazıdakı fikirlər eskpertin müstəqil fikrini ifadə edir.

Son xəbərlər
Digər xəbərlər