®AccessBank Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə kampaniyaya start verir. Kampaniya çərçivəsində uşaqlar üçün nəzərdə tutulmuş myCard Junior kartlarını 50% endirimlə əldə etmək olar.
AccessBank-ın azyaşlılar üçün nəzərdə tutulmuş myCard Junior kartları onların maliyyə savadlılığını artırır. Valideynlərə isə övladlarının xərclərinə nəzarət, hesablarını idarə etmək, xərclər üzrə limitləri tənzimləmək imkanı yaradır.
myCard Junior kartları 30%-dək kəşbək və illik qalığa 4%-dək gəlir də gətirir. Kartlar qızlar və oğlanlar üçün iki fərqli dizaynda tərtib olunub.
myCard Junior uşaqların kiçik yaşlarından xərclərini düzgün planlamaları və idarə etmələri üçün uğurlu başlanğıcdır. Kartları AccessBank filiallarına yaxınlaşaraq və ya onlayn – bankın rəsmi veb səhifəsindən sifariş etmək mümkündür.
Kampaniya 06.06.2023 tarixinədək keçərlidir.
Ətraflı məlumat üçün: https://bit.ly/3sHpo0K
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.