Ümumilikdə il ərzində ölkəmizdə uşaqlarla bağlı sosial ödənişlər 611 min şəxsi əhatə edir. Bu ödənişlər üçün illik 650 milyon manat vəsait xərclənir.
Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, hazırda:
• 18 yaşadək əlilliyi olan şəxslər- 50 min uşaq,
• Ailə başçısını itirmiş uşaqlar – 166 min uşaq,
• Aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar – 160 min uşaq,
• İşləyən valideynlər – 3 yaşadək uşaqlara qulluğa görə – 35 min uşaq,
• Uşağın anadan olmasına görə birdəfəlik müavinət – 120 min uşaq,
• Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, 5-dən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları və b. – 30 min uşaq
• 18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlər və valideyn himayəsindən məhrum uşaqların qəyyumları – 50 min şəxs
üzrə sosial ödənişlər həyata keçirilir.