Uşaqları necə tərbiyə edək (8-13 yaşlı)

Toya getməzdən 1 ay öncə paltar axtarmağa başlayır, maşın almağa hazırlaşanda google axtarış edərək araşdırma aparırıq.

Ancaq uşaq tərbiyə etdikdə nadir hallarda uşaq psixologiya və tərbiyəsi haqqında kitab oxuyur və ya seminarlara gedirik. Düzdür kitab oxumaqla uşaq tərbiyə etmək mümkün deyil. Ancaq bu mövzuda elmi əsaslandırılmış kitablar və ya profesionallar tərəfindən aparılan seminarlar uşağımızın bəzi dövrlərdə bizə əziyyət verən çətinliklərini başa düşməkdə və düzgün addım atmaqda yardım edə bilər.

Buna görə Larisa Surkovanın “8-13 yaş: Uşağın ən çətin dövrü” kitabından götürdüyüm qeydləri sizinlə paylaşmaq istəyirəm.

1.  Özünüzdən başlayın. Həyatdan zövq alın, inkişaf edin, irəli gedin. Əgər valideyn nədənsə zövq alırsa, teatra gedirsə, kitab oxuyursa, maraqlı film izləyirsə, səyahət edirsə bu uşaq üçün yaxşı tərbiyədir.
Yadınızda saxlayın ki uşağınız 1-ci növbədə xoşbəxt valideyn lazımdır Nə qədər xoşbəxt və nüfuzlu olsanız, övladınıza təsir gücünüzdə o qədər uğurlu olacaq.

2.  Qətiyyətli olun. Nəyə isə qərar vermisinzsə üzərində dayanın. Sizin “yox” cavabınız elə “yox” olmalıdır. Bununla uşağa qərarlı və qətiyyətli olmağı öyrədəcəksiniz. Bütün həyatı boyu sizə qarşı daimi güvən hiss edəcək.

3.  Uşağın istirahəti ilə fəaliğını növbələşdirin. Bu az qala ən əsas qaydadır.
Aşağıdakı fəaliyyətlər tövsiyə olunur.
 təhsil
 özünə ayrıdğı şəxsi zaman
 dostlarla ünsiyyət və oyun
 idman
 yuxu
 qida qəbulu
 hobbi

4.  Düzgün peşə yönümünü qonşunun və qohumun yüksək maaşlı oğlunu əsas tutaraq deyil, ağıdakıları nəzərə alaraq yönləndirin.
 uşağın öz arzuları
 onun xarakter və tempramenti
 qabiliyyəti, maraq və bacarıqları
 fiziki paramentləri və sağlamlığı

5.  Onunla birlikdə və onun öz-özü ilə maraqlı vaxt keçirməsinə şərait yaradın.
 Birlikdə səyahət edin və adrenalin yaşayın.
Sizinlə birlikdə keçirdikləri vaxt sizinlə münasibətində ömürlük rol oynayacaq.
 hobbilərinin formalaşmasına kömək edin.
Bu övladınızın dünyagörüşünü artıracaq. Bu kolleksiya yığmaq, musiqi, rəsm və s ola bilər.
 gündəlik yazmasını tövsiyə edin.
bununla uşaqlıq xatirələri ömürlük yaddaşlarına həkk olunacaq. Eyni zamanda yazı və özünüifadə edə bilmək bacarıqlarına çox yaxşı təsir göstərəcəkdir.
 hər il fotosessiya edin.
Özünə gözəl obrazlarda baxmaq özünə inanmasına və özünü sevməsində əsaslı rol oynayacaq.

6.  Məsləhət xarakterli monoloq deyil , onunla Dialoq qurun. Danışın, Danışın və yenədə Danışın.
Bu özünəqapanmağa, stressə, özünəinamsızlığa,aqressiyaya, kobudluğa qarşı 1 nömrəli qaydadır.

Müəllif: Sevinc İsrafilova


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.