– Heç bir alçaltma və bədən cəzası olmaz. Uşaqların yeganə döyülmə səbəbi odur ki, onlar özlərini müdafiə edə və cavab verə bilmir.
– İlkin mərhələ 5 yaşa qədər. Uşaqla “kral kimi” rəftar etmək lazımdır. Heç nəyi qadağan etmək olmaz. Sadəcə fikri yayındırmaq lazımdır. Əgər o təhlükəli və qorxulu nə isə edirsə, onda siz üzünüzü qorxmuş bir şəkilə salır və qorxan insan kimi səs çıxarırsınız. Uşaqlar bu dili çox yaxşı başa düşürlər. Bu yaş dönəmində həyata və körpəni əhatə edən mühitə qarşı maraq formalaşır, körpələr hər şeyi yoxlamaq istəyir və çox fəal olurlar. Uşaqlar hələ uzun məntiqi həlqələr qurmaq iqtidarında olmurlar. Məsələn uşaq bahalı bir şüşə güldanı sındırıb, o başa düşmür ki, belə bir güldan almaq üçün çoxlu işləmək və pul qazanmaq lazımdır. Verdiyiniz cəzanı isə o güc nümayişi kimi qəbul edəcək, siz ona güldanları sındırmamağı deyil, daha güclü olana tabe olmağı öyrədəcəksiniz. Bu, sizə lazımdır?
– İkinci mərhələ 3 yaşdan 10-a qədərdir. Bu dövrdə uşaqla “qul kimi” rəftar etmək lazımdır. Onun qarşısında tapşırıqlar qoyub, onların yerinə yetirilməsini tələb etmək lazımdır. Tapşırıqların yerinə yetirilməməsinə görə cəzalandırmaq da olar (amma fiziki cəzalar deyil). Bu dövrdə intellekt aktiv şəkildə inkişaf edir. Uşaqlar insanların onun hərəkətinə verəcəyi reaksiyanı proqnozlaşdırmağı öyrənməlidir. Onlar özlərinə qarşı müsbət münasibət oyatmalı və mənfi münasibətin təzahürlərindən çəkinməlidirlər. Həmin dövrdə uşaqları biliklə yükləməkdən çəkinməyin.
– Üçüncü mərhələ, 10 yaşdan 15-ə qədər. Bu mərhələdə uşağı necə tərbiyə etmək olar? Onlarla necə rəftar etmək lazımdır? Bərabər əsaslarda deyil, məhz “bərabəriniz kimi” davranmaq lazımdır, belə ki, onsuz da sizin təcrübəniz və biliyiniz daha çoxdur. Bütün vacib məsələlər ilə bağlı onlarla məsləhətləşin, onlara müstəqillik verin və sərbəstliklərini təbliğ edin. Öz fikrinizi onlara çox asta-asta, müzakirə prosesində, ipucu, məsləhət şəklində yeritməyə çalışın, onları asta-asta yola gətirin. Əgər sizin nə isə xoşunuza gəlmirsə, onda diqqəti həmin əməlin neqativ nəticələrinə yönəldin, bir başa qadağanlardan yayının. Bu dövrdə düşüncə tərzində və idrakda müstəqillik və sərbəstlik formalaşır.
– Sonuncu mərhələ 15 yaşdan sonra başlayır. övladınıza hörmətlə yanaşın. Uşağı tərbiyələndirmək vaxtı artıq keçib. İndi sizə öz zəhmətinizin bəhrəsindən faydalanmaq qalır.
Bu qaydalara riayət etməmək hansı nəticələrə gətirib çıxara bilər?
– Əgər beş yaşına qədər uşağı sıxsanız və ya əzsəniz, onun aktivliyini, həyat marağını, intellektini əzəcəksiniz. Siz onu fikirləşmədən və götür-qoy etmədən kobud gücə təslim olmağa alışdıracaqsınız. Onu hər cür əclaflar və həyat canavarları üçün asan yemə, qurbana çevirəcəksiniz.
– Əgər 5 yaşından sonra da onun nazını çəkməyə davam etsəniz, onun şıltaqlıqlarına cavab versəniz, onda o, infantil böyüyəcək, zəhmətə, əzmkarlığa və iradəyə, ruhsal qətiyyətə sahib olmayacaq.
– Əgər 10 yaşdan sonra da övladınıza uşaq kimi himayədarlıq etməyə davam etsəniz, onda böyüyəndə onun özünə əminlik hissi olmayacaq, cəmiyyətin və digərlərinin fikrindən asılı, natamam şəxsiyyət kimi böyüyəcək. Müəyyən dövrlərdə o daha müstəqil dostlardan asılı vəziyyətə düşəcək, təəssüf ki, bu dostlar həmişə lazımı yaxşı təsir göstərə bilmirlər.
– Əgər 15 yaşdan sonra övladınıza hörmət etməsəniz, o bunu sizə bağışlamayacaq, elə ilk imkandaca da çıxıb gedəcək.