10 C
Baku
Thursday, December 12, 2024

Uşaqlarla bağlı yeni qanun hazırlanır

“Uşaq hüquqları haqqında” yeni Qanun layihəsi üzərində iş başa çatıb”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda sözügedən layihə aidiyyəti orqanlarla razılaşdırılaraq yuxarı instansiyalara və Milli Məclisə təqdim olunacaq.

Qeyd edək ki, “Uşaq hüquqları haqqında” yeni Qanun Prezident İlham Əliyevin 9 iyun 2023-cü il tarixli Sərəncamı ilə Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq hazırlanıb.

Son xəbərlər
Digər xəbərlər