27 C
Baku
Saturday, July 27, 2024

Uşaqlığınız sizin karyera seçiminizə necə təsir göstərir?

Sizin ailədə neçənci uşaq olmağınız faktının özü belə (ilk, ortancıl və ya ailənin sonbeşiyi) nəinki sizin xarakterinizin formalaşmasında böyük rol oynayır, hətta sizin bu və ya digər fəaliyyət sahəsinə meyl etməyinizə təsir göstərir. Belə ki, artıq sübut olunub ki, ailənin böyük uşaqları ekstrovert olurlar: onlar özlərinə daha əmin insanlardır. Ikinci uşaqlar isə -təbiət etibarı ilə üsyankardırlar, onlar daima yenilik axtarışındadır. Balacalar isə bir qayda olaraq evin ən yaradıcı –kreativ insanlarıdır.

Əgər siz ailənin  ilkisinizsə…

İlk uşaqlar kifayət qədər ambisiyalı insanlardır: onlar hakimlik etməyi xoşlayır və ciddi nizam-intizam tərəfdarıdırlar. İlk uşaqlar uğur qazanmağa can atır, amma müvəffəqiyyət yolunda hər-hansı bir səhvə yol verməkdən çox qorxurlar. Belə hesab olunur ki, məhz ailənin böyük övladı son nəticədə yaxşı pul qazanmağa müyəssər olur.

Peşə seçiminə gəldikdə isə, ilk uşaqlar məhz yüksək ali təhsil tələb edən sənətlərə üstünlük versələr yaxşıdır, məsələn: tibb, hüquqşünaslıq, elm. İlkinlər heç bir şübhəsiz ki, zəkalı, intellektualdırlar. Onlar həmçinin mühəndislik və ya dövlət qulluğu ilə bağlı ixtisas sahalərində də kifayət qədər uğurlu olacaqlar.

Araşdırmanın göstərdiyinə əsasən ilk uşaqlar digərləri ilə müqayisədə daha çox kompaniyanın vitse-prezidenti və top-menecer vəzifəsini tuturlar.

Əgər siz ailədə ikinci uşaqsınızsa…

Ailədə ikinci doğulan uşaqlar, həmişə ünsiyyət qurmaq baxımından hamı ilə çox asanlıqla ümumi dil tapa biləcəklər: onlar

 sülhpərvərdir

dir və güzəştə getməyə də hazırdırlar, mahiyyət etibarı ilə onlar əsl diplomatlardır.

Ailədə ikinci doğulmuş uşaqlar statistika hesabatları baxımından, öz böyük bacı və qardaşlarıdan iki dəfə daha az qazanırlar.

Ailələdə ikinci doğulmuş uşaqlar məhz bunun sayəsində daha ünsiyyətcil və diplomatik xüsusiyyətli olurlar, buna görə də onlara insanlar ilə işləmək daha çox tövsiyə olunur. Məsələn, xəstəxanda iş, HR mütəxəssisi, menecer, sürücü, yanğınsöndürən işləri onlara daha çox uyğun gəlir. İnsanlar ilə bağlı istənilən bir iş bu qrupdan olan şəxslərin ürəyincə olar və onların sevincinə səbəb olar. Bundan əlavə statistika göstərir ki, ailənin ortancıl yəni ikinci övladları digərləri ilə nisbətdə öz işlərindən daha çox məmnun olurlar.

Əgər siz ailədə kiçik övladsınızsa….

Sonbeşiklər bir qayda olaraq, çox heyranedici, yaradıcı, yumor hiss güclü olan insanlar kimi böyüyür. Onlar öz məqsədlərinə nail olmaq üçün insanları çox gözəl manipulyasiya edə bilirlər, bu işdə onlara çatan olmaz.

Amma təəssüf ki, ailəni kiçikləri nadir halda varlı olur. Onlar ailədə ikinci doğulmuş insandan ümumi hesabda iki dəfə daha az pul qazanırlar.

Ailənin sonbeşikləri bir qayda olaraq, təbiət etibarı ilə daha kreativ olurlar. Yaradıcılıq, jurnalistika, reklam, idman, satışlar, informasiya texnologiyaları onların öz qabiliyyətini büruzə vermək üçün ən uğurlu sahələridir.

Amma ümumi götürdükdə ailənin kiçik övladları məşğul olduqları işdən çox az halda məmnun qalırlar.

Ailənin yeganə övladları…

Ailənin tək uşaqları xarakter baxımından, həmçinin bu və ya digər peşəyə meyl etmək aspektindən birinci doğulan uşaqlara daha çox oxşayırlar. Onlar məqsədyönlüdür, təhsildə uğur ədə edirlər. Belə insanlar adətən öz işlərini başqalarına həvalə etməkdə çətinlik çəkirlər. Ailənin yeganə övladlarının özünə inamı və təxəyyül qabiliyyəti güclü olur, ünvanlarına söylənmiş tənqidi isə qaldıra bilmirlər və mükəmməlşəməyə meyllidirlər.

Ailənin yeganə uşaqları olan insanlara, intellektual peşə sahəsi seçmək tövsiyə olunur, bu iş onları daha təkmilləşdirməli və inkişaf etdirməlidir. Digər tərəfdən isə onlar zəngin təxəyyül qabiliyyəti sayəsində yazıçı və ya aktyor da ola bilərlər.

Son xəbərlər
Digər xəbərlər