Azərbaycan Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə dekabr ayının ilk valyuta hərracı keçirilib.
Bu barədə məlumat Banker.az-a AMB-dən məlumat daxil olub.
Məlumata görə, 5 dekabr 2017-ci il tarixində keçirilən valyuta hərracında manatın orta çəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb. Məlumat üçün bildirək ki, dolların məzənnəsi Azərbaycanda sonuncu dəfə 2016-ci ilin noyabrın 15-18 tarixində 1.6954-1.7001 manat intervalında dəyişmişdi.
Qeyd edək ki, sonuncu hərracda USDAZN cütlüyünün məzənnəsi 1,7001 səviyyəaində formalaşmışdı.
Dollar, avro və rublun banklarda dəyşilməsini online cədvəllə (linkdə) müşahidə edə bilərsiz.