10 C
Baku
Sunday, December 22, 2024

USD/CAD üçün fundamental və texniki analizlər

İNVESTİSİYA (BANKER.AZ) — Kanada Bankı faiz dərəcələrini 25 baza bəndi endirərək 4.25%-ə çatdıra bilər və gələcəkdə əlavə endirimləri də siqnal verə bilər, lakin bu, geniş gözləndiyindən Kanada dollarına böyük təsir etməyəcək.

“ING Group”un analitiki Franchesko Pesolenin qeydində deyilir ki, Kanada Mərkəzi Bankı faiz dərəcələrini 2025-ci ilin ortalarına qədər tədricən 3.0%-ə endirməyi planlaşdırır və bu, bazarın gözləntiləri ilə uyğun gəlir.

USD/CAD cütlüyü cümə günü ABŞ və Kanada üzrə iş yerləri haqqında məlumatlar yayımlandıqda daha çox volatillik  göstərə bilər, lakin hazırda 1.35-1.36 diapazonunda ticarət edilməlidir, çünki risk sentimenti nəzərə alındıqda risklər “yuxarıya doğru” az da olsa əyilə bilər.

USD/CAD 0.1% artaraq 1.3563 səviyyəsinə yüksəlib.

InvestAZ-dan texniki analiz:

Korreksiya…

USD/CAD valyuta cütlüyünə  H1-də nəzər yetirdikdə, qiymətin korrektiv olaraq bahalaşdığının şahidi oluruq.

Proqnoz: Qiymət 1.3560 səviyyəsini qırsa, növbəti nail oluna biləcək hədəfləri 1.3580 və 1.3600 səviyyələridir.

Alternativ proqnoz: Qiymət 1.3520 səviyyəsini yuxarıya doğru qıra bilsə, növbəti nail oluna biləcək hədəfləri 1.3496 və 1.3470 səviyyələridir.

Hədəflər: Artım – 1.3560, 1.3580, 1.3600; Eniş – 1.3520, 1.3496, 1.3470.

5986

Son xəbərlər
Digər xəbərlər