37 C
Baku
Tuesday, August 16, 2022

USD/AZN məzənnəsini endirən banklar var

Azərbaycan kommersiya banklarının 14-ü dolların satış məzənnəsini endirib.

Banker.az-ın saat 11:40 radələrinə olan araşdırmasına görə, dollar daha çox ucuzlaşdıran “Expressbank” ASC, “NIKOIL Bank” ASC  və “Bank Silk Way” ASC-dir. Hal-hazırda dolları ən ucuz qiymətə “Turanbank” ASC, “Bank Silk Way” ASC və “Günaybank” ASC-dir –1,6800 manat.

Dolların alış qiymətini ucuzlaşdıran bankların sayı 9-a çatıb. ABŞ valyutasının məzənnəsini ən çox endirən “AG Bank” ASC və “AzərTürkBank” ASC-dir. Dolları ən sərfəli qiymətə “Bank Avrasiya” ASC qəbul edir. Belə ki, ötən gün adıçəkilən bank dolları 1,65 manata qəbul etdiyi halda bu gün bahalaşdıraraq, 1,6720 manata qəbul edir.

kurs man

Son xəbərlər
Oxşar xəbərlər