“Circle” şirkəti “Concord Acquisition Corp.” ilə birləşdiyini açıqlayıb. Müvafiq müraciət ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) göndərilib. Xatırladaq ki, “Circle” – USDC steyblkoinin emitentidir.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Şirkətin baş direktoru Ceremi Aller təşkilatın gələcəkdə milli rəqəmsal banka çevriləcəyini vurğulayıb. Onun sözlərinə görə, çevrilmə prosesi Federal Ehtiyatlar Sistemi (FED), ABŞ Xəzinədarlığı, o cümlədən Federal Əmanətlərin Sığortalanması Korporasiyasının tələblərinə uyğun həyata keçiriləcək.
Bununla yanaşı, Aller USDC-nin önümüzdəki illərdə “dövriyyənin yüz milyardlarla dollara” yüksələcəyini proqnozlaşdırıb