Əfsanəvi yamaykalı atlet Useyn Bolt yarışlar zamanı qələbələrini qeyd etmək üçün yararlandığı hərəkəti ticarət markasına çevirir.
Bu barədə BBC-yə açıqlamasında ticarət nişanı üzrə mütəxəssis Coş Gerben bildirib.
Onun sözlərinə görə, əmtəə nişanının qeydiyyatı Boltun hansısa malları təklif etməsinə və ya digər şəxslərə istifadə hüququ verməsinə imkan yaradacaq.
Ticarət nişani hərəkətin ağ fonda qara siluetidir. Məşhur atlet qazandığı qələbələrdən sonra arxaya söykənərək səmaya işarə edib.
Qeyd edək ki, Useyn Bolt qısa məsafəyə qaçış üzrə 8 qat olimpiya və 11 qat dünya çempionudur. O, idmançı karyerasını 2017-ci ildə başa vurub.