11 C
Baku
Monday, November 25, 2024

ÜST: 2022-ci il pandemiyanın bitəcəyi il olmalıdır

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Gebreyesus bildirib ki, qarşıdan gələn 2022-ci il COVID-19 pandemiyasının bitəcəyi il olmalıdır.

Banker.az xəbər verir ki, “Düşünürəm ki, iki ildən sonra biz virusu daha yaxşı tanıyacağıq və onun müalicə üsullarını artıracağıq. Və buna görə də, ümid var. Fikrimcə, biz bu pandemiyaya 2022-ci ildə son qoymalıyıq”, – deyə Gebreyesus söyləyib.

Onun sözlərinə görə, indi əsas olan peyvəndlər və sağlamlığın qorunmasının digər tədbirləri də daxil olmaqla, mövcud effektiv alətləri tətbiq etmək və peyvəndlərin paylanmasındakı bərabərsizliyi aradan qaldırmaqdır.

Son xəbərlər
Digər xəbərlər