Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Bankı tərəfindən toplanan məlumatlar göstərir ki, 500 milyondan çox insan koronavirus pandemiyası zamanı tibbi xidmətlərə məcburi xərclər səbəbindən yoxsulluq riski altındadır.
Materialdan belə görünür ki, pandemiya 1930-cu illərdən bəri ən pis iqtisadi böhrana səbəb olub və bunun nəticəsində insanları tibbi xidmətlərə görə ödənişi getdikcə çətinləşib.
Banker.az xəbər verir ki, “bütün hökumətlər hər bir vətəndaşın maliyyə nəticələrindən qorxmadan səhiyyə xidmətlərindən istifadə edə bilməsini təmin etmək üçün səyləri dərhal yeniləməli və sürətləndirməlidir”, – deyə ÜST-in rəhbəri Tedros Gebreyesus söyləyib.
O, dövlətlərə səhiyyə və sosial dəstəyə xərcləri, habelə hökumətin ilkin tibbi yardım sistemlərinə diqqətini artırmağı tövsiyə edib. “Bu dəfə növbəti pandemiya kimi şoklara tab gətirə biləcək qədər güclü səhiyyə sistemləri qurmalıyıq və ümumi sağlamlıq təminatına gedən yolda qalmalıyıq”, – Gebreyesus vurğulayıb.
ÜST və Dünya Bankı belə qənaətə gəlib ki, pandemiya bütün dünyada səhiyyə xidmətlərinin göstərilməsini pozub və səhiyyə sistemlərini həddindən artıq gərginləşdirib. Buna görə də təşkilatların məlumatına görə, son on ildə ilk dəfə olaraq əhalinin immunizasiya ilə əhatə olunması azalıb, vərəm və malyariyadan ölüm halları artıb.
Yeni hesabatlarda ÜST və Dünya Bankı xəbərdarlıq edir ki, yoxsulluq artdıqca, gəlirlər azaldıqca və hökumətlər üçün büdcə məhdudiyyətlərinin səviyyəsi yüksəldikcə maliyyə məhdudiyyətlərinin daha da şiddətlənəcəyi ehtimalı var.