29 C
Baku
Sunday, June 26, 2022

ÜST: Aşağı gəlirli ölkələri peyvəndlə təmin etmək üçün 7.7 mlrd. dollara ehtiyac var

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) aşağı gəlirli ölkələri peyvəndlə təmin etmək üçün təcili olaraq 7,7 mlrd. ABŞ dollarına ehtiyac olduğunu bildirib.

ÜST başçısının baş məsləhətçisi Brüs Eylvordun (Bruce Aylward) fikrincə, peyvəndlər, həmçinin süni nəfəs aparatları və digər tibbi ləvazimatlar bu ölkələrə COVID-19-un “Delta” ştammı ilə mübarizə aparmağa kömək edəcək.

“Məsələnin mənəvi tərəfindən başqa – insanlar başqa bir yerdə texnologiyanın artıq mövcud olduğu halda ölməməlidirlər, bir ölkəni digərindən ayıra bilməyən bir pandemiya faktoru var. Belə bir reallıqla qarşılaşmışıq. Başqa ölkələrə birlikdə kömək etməliyik. Əks təqdirdə, virusla daha çox yaşamalı olacağıq”, – deyə ÜST-in vaksin və digər dərmanlara əlçatanlıq məsələləri üzrə baş direktorunun müavini Marincela Simap (Mariangela Simao).

ÜST sentyabrın sonuna qədər dünya əhalisinin ən azı 10%-ni, ilin sonuna qədər 40%-ni, gələn ilin ortalarınadək isə 70%-ni COVID-19 əleyhinə peyvənd etməyi qarşısına məqsəd qoyub.

MənbəAPA
Son xəbərlər
Oxşar xəbərlər