12 C
Baku
Wednesday, December 11, 2024

ÜST baş direktoru meymunçiçəyi virusu ilə bağlı fövqəladə komitə yaradacaq

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri ötən bazar günü Afrikada artan meymunçiçəyi epidemiyası ilə bağlı beynəlxalq fövqəladə vəziyyət elan edilib-edilməməsi ilə bağlı məsləhət vermək üçün ekspertlər komitəsi yaratmağı düşündüyünü açıqlayıb.

Ötən ilin sentyabr ayından bəri Konqo Demokratik Respublikasında və digər Afrika ölkələrində virusun yeni aşkar edilmiş variantı səbəbilə yoluxma halları artıb.

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreisus, BMT-nin səhiyyə agentliyinin, Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin, yerli hökumətlərin və digər tərəfdaşların epidemiyaya qarşı cavab tədbirlərini gücləndirdiyini bildirib.

O həmçinin epidemiya səbəbilə fövqaladə vəziyyət elan edilib-edilməyəcəyi ilə bağlı suala cavab almaq üçün ona məsləhət verəcək fövqəladə komitə yaratmağı düşündüyünü deyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər